- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Azərbaycan millisinin bu ay keçiriləcək oyunlarının biletləri satışa çıxarılıb.
90deqiqe.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamız FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində iki matça çıxacaq. Martın 22-si, saat 20:00-da keçiriləcək Azərbaycan - Monqolustan və martın 25-i, saat 20:00-da baş tutacaq Azərbaycan - Bolqarıstan oyunları Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Bu qarşılaşmaların biletləri artıq satışa çıxarılıb. Biletlərin qiymətləri 2, 5 və 10 manat təşkil edir. VIP biletlər isə 25 və 30 manatdır.
Azarkeşlər biletləri “iTicket.az”, “Gənclik Mall”, “28 Mall”, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1, 2 və 4 Saylı ASAN xidmət mərkəzləri, həmçinin 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzində əldə edə bilərlər.