- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
19 yaşadək qadın futbolçular arasında AVRO-2025-in seçmə mərhələsində növbəti oyunlar keçirilib.
90deqiqe.az xəbər verir ki, Azərbaycan millisi III turun matçına çıxıb.
Oyunları Latviyada keçirilən B liqasının 4-cü qrupunda mübarizə aparan Həbib Ağayevin yetirmələri meydan sahibləri ilə görüşüblər. İlk iki oyununda Monteneqroya 0:4, Bolqarıstana 0:1 hesabı ilə uduzan millimiz 3-cü oyununda da məğlub olaraq sonuncu yeri tutub. Matçın taleyini ilk yarıda həll edən Baltikyanı ölkə təmsilçisi böyük hesabla qalib gəlib – 4:0.
Qeyd edək ki, II turun digər matçında Monteneqro Bolqarıstana uduzub – 1:2.
19 yaşadək qızlar arasında AVRO-2025-in seçmə mərhələsi
B liqası, IV qrup
III tur, 9 aprel
14:00. Azərbaycan – Latviya – 0:4
Qollar: Nikola Preyere, 5, Ameliya Lipşan, 32, Alina Anson, 35, Marina Telukevitsa, 45+2 (p.)