- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Futzal millimizin KİV üçün açıq məşqi keçirələcək və yığmanın çalışdırıcısı Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq.
90deqiqe.az xəbər verir ki, Bakıdakı təlim məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin KİV üçün açıq məşqi və baş məşqçinin brifinqi keçiriləcək. Aprelin 12-də, saat 11:10-da Olimpik Starda baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq, 11:30-da isə məşq başlayacaq.
Qeyd edək ki, aprelin 8-dən etibarən start götürən və aprelin 12-dək davam edəcək təlim məşq toplanışı yığmamızın aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan millisi ilə keçirəcəyi iki yoldaşlıq oyununa hazırlıq xarakteri daşıyır.
Xatırladaq ki, baş məşqçi Vitali Borisov komandaya 17 oyunçu dəvət edib.
Millinin heyəti isə hazırda Kamran Hacıyev, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Fərid Abbasov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi” İK), Qüdrət Qasımzadə, İlham Alıyev (hər ikisi U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).kimi futzalçılardan ibarətdir.