- Milli komanda
- 19:00 02.12.2025
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə millimiz bir pillə irəliləyib. Xalı 1188 qalxan Azərbaycan milli komandası 109-cu sıraya yüksəlib.
Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1625) 7-ci (-1), Uels (1514) 24-cü (-1), Slovakiya (1491) 31-ci (0), Macarıstan isə (1442) 45-ci (-3) pillədə yer alıb.
Qeyd edək ki, siyahıya 1746 xalla Belçika başçılıq edir. Braziliya 1726 xalla ikinci, Fransa 1718 xalla üçüncüdür.