- Milli komanda
- 14:00 14.11.2024
Azərbaycan millisinin iyun ayındakı yoldaşlıq oyunlarının hakimləri açıqlanıb.
90deqiqe.Az məlumat verir ki, yığmamızın Macarıstanda Albaniya və Qazaxıstanla oynayacağı matçlara yerli hakimlər təyin edilib.
İyunun 7-də Albaniya ilə keçiriləcək qarşılaşmada baş hakim Mihay Kaprali olacaq. Ona İştvan Albert və Qerqo Viq-Tarsonyi kömək edəcəklər. Dördüncü hakim isə İştvan Vad olacaq.
Dörd gün sonra, iyunun 11-də Qazaxıstanla oynanılacaq matçda baş hakim Bense Şonka olacaq. Bu görüşdə onun köməkçiləri Teodoros Georgiou və Balaj Şalai olacaq, dördüncü hakim funksiyasını isə Reka Molnar yerinə yetirəcək.
Qeyd edək ki, hər iki oyun "Haladas SportKomplexum" stadionunda keçiriləcək.