29 yanvar 2026. Cümə axşamı

Milli komandaya onlar rəhbərlik edəcək


Milli komandaya onlar rəhbərlik edəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası Albaniya və Qazaxıstan kollektivləri ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

90deqiqe.Az məlumat verir ki, bu görüşlərdə  komandamızı oyuna çıxaracaq məşqçilərin adına aydınlıq gəlib.

Macarıstanın Sombatxey şəhərində baş tutacaq oyunlarda millimizə Arif Əsədov rəhbərlik edəcək. Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev də təmsil olunacaqlar.

Qeyd edək ki, Albaniya ilə matç Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki oyun “Haladas SportKomplexum”da olacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu