27 iyul 2024. Şənbə

Millimiz Türkiyə ilə qarşılaşacaq - FOTOLAR


Millimiz Türkiyə ilə qarşılaşacaq  - FOTOLAR

Azərbaycanın qadınlardan ibarət futbol üzrə milli komandası Türkiyə ilə qarşılaşacaq

90deqiqe.Az xəbər verir ki, bu gün Azərbaycan qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

B Liqasının I qrupunda yer alan millimiz, üçüncü oyunda səfərdə Türkiyə yığması ilə üz-üzə gələcək. Qarşılaşma "Ərzincan 13 Şubat" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, qrup mərhələsinin ilk iki turundan sonra Türkiyə yığmasının 3 xalı, Azərbaycan millisinin isə 1 xalı var.

 

31 May 2024

Türkiyə (Qadınlar) – Azərbaycan (Qadınlar)

"Ərzincan 13 Şubat" stadionu, saat 21:00

Baş hakim: Aleksandra Kollin

Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar

Dördüncü hakim: Klemens Qonçalves

 







Milli komanda