27 iyul 2024. Şənbə

Millimiz Türkiyəyə qalib gəldi


Millimiz Türkiyəyə qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz dördüncü matçında Türkiyə yığması ilə qarşılaşıb. “Liv Bona Dea Arena"da təşkil olunan görüş komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəliyeva vurub. Bu nəticədən sonra millimiz xallarının sayını 4-ə yüksəldib. Türkiyə yığmasının hesabında isə 6 xal var.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda növbəti oyununu iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan kollektivinə qarşı keçirəcək.







Milli komanda