20 iyun 2024. Cümə axşamı

Millimiz 1/4 finala vəsiqə qazandı


Millimiz 1/4 finala vəsiqə qazandı

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, qrup mərhələsində maksimal nəticə göstərərək play-off mərhələsinə adlayan milli komandamızın bu mərhələdəki rəqibi Bolqarıstan yığması olub.

Oyuna yaxşı başlayan futbolçularımız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb 1-1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə futbolçularımız rəqibi 3-1 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, 1/4 finalda yığmamızın rəqibi Qazaxıstan seçməsi olacaq.







Milli komanda

Millimizin heyətində dəyişiklik edilib
  • Milli komanda
  • 22:46 08.06.2024
Millimizin heyətində dəyişiklik edilib