27 iyul 2024. Şənbə

Millimiz Avropa çempionatında mübarizəni dayandırdı


Millimiz Avropa çempionatında mübarizəni dayandırdı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatı davam edir. Bu gün Qazaxıstan kollektivi ilə görüşdə məğlub olan Azərbaycan millisi mübarizəni dayandırıb.

90deqiqe.Az xəbər verir ki, Elşad Quliyevin yetirmələri oyunun əsas vaxtında fərqlənməyib və oyun 0:0 hesabı ilə bitib. Qalibi müəyyən etmək məqsədilə penalti seriyası keçirilib. Burada daha dəqiq oynayan Qazaxıstan yığması 7:6 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsində bütün matçlarını qələbə ilə başa vurub. Komandamız Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı isə 3:1 hesabı ilə məğlub etmişdi. 1/8 finalda isə Bolqarıstana 3:1 hesabı ilə qalib gəlib. 

 







Milli komanda