- Milli komanda
- 14:00 14.11.2024
Bu gün Azərbaycan milli komandaları növbəti qarşılaşmalarını keçiriblər.
90deqiqe.Az xəbər verir ki, milli komandalarımız müxtəlif yaş qruplarında Albaniya, Slovakiya və Türkiyə yığmaları ilə üz-üzə gəlib.
Arif Əsədovun rəhbərlik etdiyi əsas milli Macarıstanda Albaniya ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Bakı vaxtı ilə saat 21:00-da baş tutub. Azərbaycan millisi növbəti oyununu iyunun 11-də Macarıstanda Qazaxıstana qarşı keçirəcək.
Komandalar bu heyətlə çıxış edib:
Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Ramadani, Bayrami, Asani, Broxa, Seferi
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası isə dünən Slovakiya ilə yoldaşlıq oyunu keçirib. Samir Əliyevin rəhbərlik etdiyi U-21 komandası Senec Məşq Mərkəzində Bakı vaxtı ilə saat 20:30-da rəqibi ilə qarşılaşıb. Azərbaycan U-21 növbəti oyununu iyunun 11-də Bolqarıstana qarşı keçirəcək.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində dünən ikinci oyununu keçirib. U-19 millimiz Türkiyənin U-20 komandası ilə Bender şəhərindəki “Dinamo” stadionunda Bakı vaxtı ilə saat 18:00-da qarşılaşıb. Qeyd edək ki, U-19 komandamız turnirin ilk oyununda Qazaxıstan yığmasını 2:0 hesabı ilə məğlub edib. Son matç iyunun 10-da Moldovanın U-19 komandası ilə olacaq.
Azərbaycan - Albaniya (1:3)
Qol: Nedim Bayrami, 12
7 iyun, 21:00
Sombatxey, “Haladas SportKomplexum”
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Azərbaycan - Slovakiya ( U-21 ) 2:3
Qol: Nino Marçelli, 20, 27
7 iyun, 20:30
Senec Məşq Mərkəzi
Azərbaycan - Türkiyə (0-5)
7 iyun, 18:00
Bender, “Dinamo” stadionu