- Milli komanda
- 19:00 02.12.2025
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhərində olub.
90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub.
Baş məşqçiyə stadion və məşq meydanlarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.