- Milli komanda
- 19:00 02.12.2025
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi hər iki oyunun başlama vaxtı məlum olub.
Corner.az xəbər verir ki, Azərbaycan millisinin sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstan yığması ilə keçirəcəyi oyunlar eyni saatda start götürəcək. Belə ki, hər iki qarşılaşmanın startı saat 20:30-da veriləcək.
Hər iki matç “Dalğa Arena”da keçiriləcək.