- Milli komanda
- 16:52 13.01.2026
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, F qrupunda sentyabrın 6-da təşkil olunacaq görüş Eş-Sur-Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda baş tutacaq.
Matçın başlama saatı hələlik məlum deyil.