- Milli komanda
- 10:15 07.01.2025
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.
90deqiqe.Az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma İsveçrə seçməsi ilə qarşılaşıb.
Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsini 4 xalla sonuncu - IV pillədə bitirib.