- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
FIFA milli komandaların reytinq siyahısını yeniləyib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməyib. Fernandu Santuşun rəhbərlik etdiyi komanda 1179.88 xalla 111-ci pillədəki yerini qoruyub.
Reytinq cədvəlinin ilk 3 pilləsində isə dəyişiklik olub. Siyahıya son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina seçməsi (1901.48) başçılıq edir. Fransa (1854,91) ikinci sırada qərarlaşıb. Son Avropa çempionu İspaniya (1729,92) 5 pillə irəliləyərək 3-cü yerə yüksəlib. Avro-2024-ün finalçısı İngiltərə (1812,26) isə 4-cü sıraya qalxıb.