- Milli komanda
- 19:00 02.12.2025
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları və Avroliqanın 1 matçından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
Corner.az-ın məlumatına görə, “Qarabağ”ın İrlandiya çempionu "Dundalk" üzərində 3:0 hesablı qələbəsi ölkəmizə 0,250 xal qazandırıb. Bununla da Azərbaycan son 5 mövsümdəki xallarını 16,875 çatdırıb. Ancaq ölkəmizin mövqeyi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.
Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 17,625 xalı var.