14 may 2026. Cümə axşamı

Şimali İrlandiya - Azərbaycan matçının keçiriləcəyi stadion açıqlanıb


Şimali İrlandiya - Azərbaycan matçının keçiriləcəyi stadion açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib

90deqiqe.Az xəbər verir ki, F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.

Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.







Milli komanda