- Milli komanda
- 13:02 19.12.2024
"Futbolçularımız çətin matça çıxacaqlarının fərqindədirlər. Buna baxmayaraq, onlarda qələbə istəyi görürəm".
90deqiqe.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:
"Hələlik bir məşq keçmişik. Bu gün ikinci məşqimizə çıxacağıq. Rəqibi analiz etmişik. Bilirik ki, çox təhlükəli oyunçuları var. Son dörd oyunlarını izləmişik. Mənfi və müsbət tərəflərini ortaya çıxarmışıq. Əks-hücum və müdafiə taktikalarını futbolçularla müzakirə etmişik. Komandamıza rəqib hücum edərkən hansı tərzdə müdafiə olunacağımızı izah etmişik".
Portuqaliyalı çalışdırıcı futbolçuların fiziki durumundan razı olduğunu vurğulayıb: "Oyunçular haqqında individual olaraq danışmağı xoşlamıram. Sabah hamı kimin nəyə qadir olduğunu görəcək".
Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan–İsveç görüşü saat 20:00-da başlayacaq.