- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Yaxşı oyun göstərməyə çalışacağıq. Rəqibin gücünə bələdik. Məqsədimiz qələbə qazanmaqdır".
90deqiqe.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasının C Divizionunda Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
32 yaşlı yarımmüdafiəçi yaxşı nəticə üçün çalışacaqlarını bildirib: "Vaxtımız çox azdır. Bir dəfə məşq keçmişik. Komanda olaraq hər birimiz uğur qazanmaq istəyirik. Maksimum diqqətli olmalıyıq. Sonadək mübarizə aparacağıq".
Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.