21 mart 2026. Şənbə

Qarabağ'ın qələbəsi reytinqimizə necə təsir etdi?


Qarabağ'ın qələbəsi reytinqimizə necə təsir etdi?

Çempionlar Liqasının 5, Avroliqanın 3 görüşündən sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Corner.az-ın məlumatına görə, “Qarabağ”ın 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə APOEL-i 2:1 hesabı ilə məğlub etməsi ölkəmizə 0,250 xal qazandırıb. 

Bununla da  Azərbaycan son 5 mövsümdəki xallarını 17,325-ə çatdırıb. Ancaq ölkəmizin mövqeyində dəyişiklik olmayıb, əvvəlki kimi 26-cı pillədə qərarlaşıb. Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanla fərq 0,625 xala enib. Qazaxların 18.000 xalı var.







Milli komanda