20 mart 2026. Cümə

“Qarabağ” və “Neftçi”nin legionerləri milliyə dəvət aldı


“Qarabağ” və “Neftçi”nin legionerləri milliyə dəvət aldı

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət olunub.

90deqiqe.Az xəbər verir ki, yarımmüdafiəçi oktyabrın 11-də Türkiyə, 14-də isə Uels ilə keçirilməsi planlaşdırılan oyunlar üçün yığmaya çağırılıb.

“Neftçi”nin futbolçusu Edvin Kuç da Monteneqro millisinə dəvət alıb, lakin “Qarabağ”ın digər monteneqrolu oyunçusu Marko Veşoviç bu dəfə heyətdən kənar qalıb.

 

 







Milli komanda