- Milli komanda
- 14:33 13.12.2024
Rəqibin güclü və ya zəif olmasını müqayisə etmək yox, komandamın eyni yolla getməsi vacibdir.
90deqiqe.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
“Estoniya yığmasının Millətlər Liqasında keçirdiyi hər iki oyunu, eləcə də, ötən il Azərbaycan millisi ilə baş tutan görüşü izləmişəm. Komandam mənim nə istədiyimi bilir. Hücumda oynamağa üstünlük veririk. Futbolçularımın rəqib barədə ətraflı məlumatları var. Estoniya yığması heç də zəif komanda deyil. Fikrimcə, onlar hücumda oynayacaq və bizi müdafiəyə sıxmağa çalışacaqlar. Ancaq futbolçularıma müdafiəyə çəkilməməyi tapşırmışam. Yalnız bir düşüncə tərzi ilə getmək, heç kimdən çəkinməmək lazımdır. Rəqibin güclü və ya zəif olmasını müqayisə etmək yox, komandamın eyni yolla getməsi vacibdir. Sabah ən yaxşı matçlarımızdan birini keçirməyə çalışacağıq. Ümid edirəm ki, futbolçularım sabah mənə ad günü hədiyyəsi edərlər. Əsas məsələ onların mənə yox, Azərbaycana görə mübarizə aparmalarıdır. Düşünürəm ki, komandamız get-gedə daha yaxşı olacaq.
Kifayət qədər böyük karyeram var. Futbol oynamışam, indi isə məşqçilik edirəm. Azərbaycan gözəl ölkədir və burada çalışmaqdan məmnunam. Mənə motivasiya verən səbəblərdən biri AFFA-nın prezidenti və qurumdakı insanlarla əlaqə saxladığım zaman burada futbola böyük marağın olmasını görməyim oldu”.
Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.