21 dekabr 2024. Şənbə

Bayramov Millətlər Liqasında tarix yazdı


Bayramov Millətlər Liqasında tarix yazdı

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Millətlər Liqasında ilk qolunu vurub.

90deqiqe.Az xəbər verir ki, müdafiəçi Tallində Estoniya ilə oyunda fərqlənib.

Bu qolla Bayramov turnirdə qol sevinci yaşayan 12-ci oyunçumuz olub. Ondan əvvəl 11 futbolçu Millətlər Liqasında yığma komandamızı təmsil edib.

Toral turnirdəki 5-ci oyununda ilk qolunu vurdu. Millətlər Liqasında ən çox qol vuran oyunçularımız Ramil Şeydayev, Riçard Almeyda, Renat Dadaşov, Mahir Emreli və Dmitri Nazarov olub – hər biri 2 qol vurub.

Qeyd edək ki, milli komandamız Estoniya ilə oyunda 1:3 hesabı ilə məğlub olub.

 

 







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir