- Milli komanda
- 16:52 13.01.2026
Çempionlar Liqası və Avropa Liqasında dünən keçirilən oyunlardan sonra UEFA-nın növbəti reytinqi açıqlanıb.
Corner.az-ın məlumatına görə, nəticələr ölkəmizin mövqeyinə təsir etməyib. Azərbaycan 17.375 xalla 26-cı pillədə qalıb. Ölkəmizdən 1 pillə irəlidə olan Qazaxıstanın 18.000 xalı var.
Qeyd edək ki, bu gün təmsilçimiz "Nefçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Bney Yehuda" ilə qarşılaşacaq.