- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib.
90deqiqe.Az xəbər verir ki, U-18 yığması Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qələbə qollarını 5-ci dəqiqədə Emin Feyzullayev və 56-cı dəqiqədə Rəşad Alışov vurublar.
Qeyd edək ki, komandalar arasında oktyabrın 29-da keçirilmiş ilk oyunda Monteneqro yığması 2:0 hesablı qələbə qazanıb.