- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Azərbaycanın 17 və 19 yaşadək futbolçulardan ibarət milli komandaları Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
90deqiqe.Az xəbər verir ki, VI qrupda yer alan U-17 yığması ilk matçında Macarıstanla üz-üzə gəlib. Rumıniyadakı “Tunari” stadionunda keçirilən görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
VII qrupda mübarizə aparan U-19 seçməsi isə islandiyalı həmyaşıdları ilə qarşılaşıb. Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan qarşılaşmada Azərbaycan millisi rəqibinə 4 cavabsız qolla uduzub.
Qeyd edək ki, Azərbaycan yığmaları seçmə mərhələdə növbəti oyunlarını noyabrın 16-da keçirəcək. U-17 Yunanıstanı, U-19 isə İrlandiyanı sınağa çəkəcək.