5 dekabr 2025. Cümə

“Həmin anda diqqətli olmalıydıq” - Rəşad Sadıqov


“Həmin anda diqqətli olmalıydıq” - Rəşad Sadıqov
“Komandanın oyunundan razı qaldım. Topa nəzarət etməyə çalışdıq, amma hücumda istədiyimizi edə bilmədik”.

Corner.az-ın məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov Ukrayna ilə keçirilən yoxlama oyunundan sonra AFFA-nın saytına açıqlamasında bildirib.

Gənc məşqçi məğlubiyyət haqqında fikirlərini belə qeyd edib: "Oyunun 60-cı dəqiqəsindən sonra meydanda açıq futbol izlədik. Futbolçumuz zədələndiyi və azlıqda qaldığımız zaman diqqətli olmalıydıq. Təəssüf ki, həmin anda qol buraxdıq. Meydanda taktiki mübarizənin getdiyini qeyd edə bilərəm. Bu gün 5 müdafiəçi ilə oynamağımız rəqibə uyğun seçim idi. Ancaq bir neçə taktiki sxem üzərində məşqlər edirik”. 







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu