20 mart 2026. Cümə

Rüfət Dadaşov milliyə çağrıldı


Rüfət Dadaşov milliyə çağrıldı

Proyssen Münster'in hücumçusu Rüfət Dadaşov Azərbaycan millisinə dəvət alıb.

Corner.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi tvitter səhifəsi məlumat yayıb.

Bildirilir ki, Rüfət Dadaşov millimizin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində qarşıdakı oyunlarında heyətdə yer alacaq. 28 yaşlı hücumçu Uels və Xorvatiya ilə görüşlərdə heyətdə olacaq.

Qeyd edək ki, E qrupunda yer alan millimiz sentyabrın 6-da Uelsin qonağı olacaq, 3 gün sonra isə Xorvatiyanı qəbul edəcək.







Milli komanda