14 may 2026. Cümə axşamı

Fernandu Santuşdan bayram təbriki


Fernandu Santuşdan bayram təbriki

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

90deqiqe.Az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis video vasitəsilə dilimizdə "Novruz bayramınız mübarək" söyləyib. 

Qeyd edək ki, portuqaliyalı çalışdırıcı 2024-cü ildən Azərbaycan seçməsinə rəhbərlik edir. O, 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionu olub

Əlavə edək ki, yığmamız martın 22-də Haiti, 25-də Belarus milli komandalarına qarşı yoldaşlıq oyunu keçiricək.







Milli komanda