- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Sabahkı oyunun start heyətini artıq qərarlaşdırmışam"
90deqiqe.Az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.
"Yaxşı oyunçulara malik güclü komandaya qarşı oynayacağıq. Onların son 5-6 matçlarını izləmişik. Müsbət və mənfi tərəfləri var. Məşqlərdə bunun üzərində işləmişik. Hücum futbolu oynamağa çalışırlar. 2 hücumçu ilə çıxış edirlər və hər ikisi çox sürətlidir. Onlar Türkiyə və Yunanıstanda çıxış edirlər. Haiti millisi top itkisindən sonra da geri çəkilmir, pressinq edərək onu almağa çalışır. Biz də çox yaxşı məşqlər keçmişik, komandada əhvali-ruhiyyə yüksəkdir. Düzdür, bu oyunlar bizə xal qazandırmır. Amma komandamız matça yoldaşlıq görüşü kimi yanaşmır. Bizim üçün vacib qarşılaşmadır. Kollektiv şəkildə yaxşı çıxış etməklə rəqibi üstələyə bilərik. Azarkeşlərin milliyə yaxın olması, bizi dəstəkləməsi də çox önəmlidir. Ümid edirəm ki, onlar qarşıdakı matçlarda bizi dəstəkləyəcəklər. Bir müddətdir Azərbaycandayam. Bura çox yaxşı ölkədir. Kimsə məndən soruşanda deyirəm ki, Azərbaycan Avropanın ən gözəl 20 ölkəsindən biridir. Çox təhlükəsiz ölkədir, burada sakit şəkildə yaşamaq və bayramı qeyd etmək olar".
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti oyunu saat 21:45-də başlayacaq.