- Milli komanda
- 14:00 14.11.2024
"Beşiktaş"ın və Xorvatiya millisinin futbolçusu Domaqoy Vida sıradan çıxıb.
Corner.az "Milliyet"ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi İstanbul təmsilçisinin məşqində zədələnib və daha sonra xəstəxanaya aparılıb. Vidanın durumuna MTR (maqnit-rezonans tomoqrafiyası) müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Vida Slovakiya və Azərbaycan milliləri ilə keçirəcəkləri AVRO-2020-nin oyunları üçün yığmaya çağrılıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.