- Milli komanda
- 14:00 14.11.2024
17 yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın Kiyev şəhərində təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.
Corner.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq.
Bakı toplanışı üçün millimizə bu oyunçular dəvət edilib: Elgün Bayramov, Mirəli Əhmədov, Nihad Cəfərov (hamısı "Neftçi"), Eldar Tağızadə ("Fundacion Marcet", İspaniya), Amin Ramazanov ("Lokomotiv", Moskva, Rusiya), Rəşad Həsənov, Əbil Əbilov, Kamal Kazımov, Vaqif Həsənov (hamısı "Keşlə"), Cəlal Hüseynov, Elnur Mirzəyev, Vüsal Əliyev, Nurəli Nurəliyev (hamısı "Zirə"), Raqib Abışov, Vüsal Qəmbərov (hər ikisi "Sabah"), Samir Həsənov ("Rubin", Kazan, Rusiya), Nikita Pesotski ("Çertanovo", Moskva, Rusiya), Ülvi Mədətov, Rauf Rüstəmli (hər ikisi "Qəbələ"), Zöhrab Əsədov, Musa Musazadə, Mirmövsüm Canıyev (hamısı "Qarabağ"), Arif Məmmədov, Nicat Quliyev (hər ikisi "Səbail").
Turnirin təqvimi
26 avqust
17:00. Azərbaycan – İsrail
27 avqust
17:00. Ukrayna – Azərbaycan
29 avqust
17:00. Latviya – Azərbaycan
30 avqust, saat 15:00 və ya 17:00
A1-B1 / A2-B2 / A3-B3 / A4-B4