18 iyun 2025. Çərşənbə

Azərbaycan millisindən Avropa çempionatının I seçmə mərhələsində növbəti qələbə


Azərbaycan millisindən Avropa çempionatının I seçmə mərhələsində növbəti qələbə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (Euro Beach Soccer League – EBSL) ikinci oyununu qələbə ilə başa vurub.

90deqiqe.Az xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığmamız İspaniyanın El Puerto de Santa Maria şəhərində keçirilən görüşdə Belçika millisi ilə qarşılaşıb. Sahib Məmmədovun rəhbərlik etdiyi komanda rəqibini 11:2 hesabı ilə darmadağın edib.

Oyunda Ramil Əliyev het-trik (3 qol) ilə fərqlənib. Comərd Baxşəliyev 2, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı isə hərəyə bir dəfə rəqib qapısına yol tapıblar.

Qeyd edək ki, millimiz ilk turda İngiltərəni 5:4 hesabı ilə məğlub etmişdi. Azərbaycan seçməsi A qrupundakı son oyununu mayın 25-də saat 14:15-də Litva millisinə qarşı keçirəcək.







Milli komanda