15 iyun 2025. Bazar günü

Azərbaycan futbol millisi ilk məşqinə çıxıb


Azərbaycan futbol millisi ilk məşqinə çıxıb

Futbol üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.

90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, yığma bu gün Neftçi Futbol Mərkəzində ilk məşqinə çıxıb.

Legioner həyatı yaşayan Renat Dadaşov Bakıya bu gün gələcək. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan Kubokunun final oyunundan sonra kollektivə qoşulacaqlar.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.







Milli komanda