Məşqçisi Renatı təriflədi
"Dadaşovun ilk oyunundan məmnunam. Ancaq bütün komandada olduğu kimi, onda da hələ hər şey alınmır".
Corner.az xəbər verir ki, bu sözləri millimizin üzvü Renat Dadaşovun yeni klubu "Pakuş de Ferreyra”nın baş məşqçisi Felipe Roşa deyib.O, Portuqaliyanın yüksək liqasında "Boavişta" ilə keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında Renatın debütünü də dəyərləndirib. Bildirib ki, gənc hücumçu komandanın oyun sisteminə tam uyğundur: "Renatda komandamızın vacib üzvü olmaq üçün bütün müsbət keyfiyyətlər var. O, tamamilə bizim oyun fəlsəfəmizə uyğundur".Xatırladaq ki, ötən gün "Pakuş de Ferreyra”da rəsmi debüt edən 20 yaşlı forvard 80 dəqiqə meydanda olub.