- Milli komanda
- 12:46 10.07.2025
İyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Siyasət Əsgərov 23 futbolçuya dəvət göndərib.
Milli komanda hazırlıq müddətində Belarus yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. İlk görüş iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda, ikinci qarşılaşma isə iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
Millinin heyəti: Aytac Şərifova (“Hakkarigücü”, Türkiyə), Nərgiz Əliyeva, Peritan Bozdağ (hər ikisi “Fatih Vətən”, Türkiyə), Mehriban Şahməmmədova, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Alina Nəhmədova, Xanım Əsədova (hamısı “Neftçi”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Kamilla Məmmədova (“Yelimay”, Qazaxıstan), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Ayşən Əhmədova, Milana Rəhimova (“Ünyespor”, Türkiyə), Alina Dorofeyeva, Aysun Muradova (“Gölbaşı Belediye Spor”, Türkiyə), Röya Əliyeva (“Sumqayıt”), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Nazlıcan Parlak (“Qalatasaray”, Türkiyə), Vüsalə Hacıyeva (“Dirçəliş”).