15 aprel 2026. Çərşənbə

Remzi millimizə qarşı oynamayacaq


Remzi millimizə qarşı oynamayacaq

Uels millisinin futbolçusu Aaron Remzi  Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla rəsmi oyunu və Belarusla  yoxlama matçını buraxmalı olacaq.

Corner.az "BBC"yə istinadən xəbər verir ki, o, zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb. "Yuventus"un yarımmüdafiəçisinin əvəzinə milliyə U-21 yığmasının üzvü Dilan Levitt çağırılıb.

Qeyd edək ki, Uels sentyabrın 6-ı  Azərbaycanı qəbul edəcək. Komanda 4 gün sonra Belarusla yoxlama görüşü keçirəcək.







Milli komanda