- Milli komanda
- 16:52 13.01.2026
Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir.
Corner.az-ın məlumatına görə, Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb.
A qrupunda yer alan yığmamızın budəfəki rəqibi yerli Ukrayna olub. İlk oyunda İsrailə 0:6 hesabı ilə uduzan komandamız ev sahibləri ilə “Yubileynıy” stadionunda üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Komandamız ilk yarının sonunda, hesab 0:3 olarkən azlıqda qalıb. Buna baxmayaraq, ikinci hissədə hesab arasındakı fərqi azaltmaq mümkün olub. Yığmamızın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqlənib.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək turnirində millimizin qrupdakı digər rəqibi Latviyadı.
Viktor Bannikov turniri
27 avqust
Ukrayna - Azərbaycan 4:2
“Yubileynıy” stadionu