5 dekabr 2025. Cümə

"Proyssen" AFFA-nı razı sala bilmədi


"Proyssen" AFFA-nı razı sala bilmədi

Azərbaycan millisinə çağırılan Rüfət Dadaşov "Proyssen"in kubok oyununda iştirak edə bilməyəcək.

Corner.az-ın "Bild" nəşrinə istinadən məlumatına görə, bu, Bundesliqa III klubunun narazılığına səbəb olub.

Münster təmsilçisinin idman direktoru Malte Metzelder forvardın yığmaya gec qoşulması istəyini AFFA-nın geri çevirdiyini söyləyib: "Biz Rüfətin kubok oyunundan sonra yığmaya getməsini istədik. Lakin AFFA buna razılıq vermədi. "Hanza" ilə çempionat matçından sonra, sentyabrın 1-də futbolçu ölkəsinə yollanacaq. Təəssüf ki, "Redinqhauzen"lə kubok oyununda bizə kömək edə bilməyəcək".

Dadaşov özü də məsələyə münasibət bildirib. O, "Redinqhauzen"ə qarşı oynamaq istəyinin olduğunu gizlətməyib: "Ancaq Azərbaycan millisinin formasını geyinmək mənim üçün şərəfdi".

Qeyd edək ki, millimiz AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da Uels, 9-da isə Xorvatiya ilə qarşılaşacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu