17 avqust 2026. Bazar ertəsi

Millimiz 7-ci yeri tutdu


Millimiz 7-ci yeri tutdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Viktor Bannikov beynəlxalq turnirində sonuncu oyununu keçirib.

Corner.az-ın məlumatına görə, Vüqar Məmmədin yetirmələri 7-ci yer uğrunda görüşə çıxıb.

Yığmamızın bu dəfə ki rəqibi Litva olub. Bir qədər əvvəl başa çatan görüşdə futbolçularımız 3:1 hesablı qələbə qazanıb. Millimizin heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib. Yığmamız bununla da turniri 7-ci pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan millisi qrupda İsrailə 0:6, Ukraynaya 2:4, Latviyaya isə 0:2 hesabıyla məğlub olub.

 

Viktor Bannikov turniri

30 avqust

Azərbaycan – Litva - 3:1







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi