14 may 2026. Cümə axşamı

Millimizin heyətində dəyişiklik


Millimizin heyətində dəyişiklik

Sentyabrın 4-dən 8-dək Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın futbolçusu Murad Bağırov zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.







Milli komanda