5 dekabr 2025. Cümə

Uels - Azərbaycan: hakim təyinatları açıqlandı


Uels - Azərbaycan: hakim təyinatları açıqlandı

Uels və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup matçı üçün bütün təyinatlar açıqlanıb. 

Corner.az-ın məlumatına görə, qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək. Referi Trustin Farruciya Kanna Alan Kamilyeri və Luke Portelli yan xətt hakimləri, Alan Mario Sant isə dördüncü hakim qismində yardımçı olacaq. 

Finlandiyalı Jouni Hutia hakim-inspektor, İsveçli Kristian Valendar isə UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək. 

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın 3 gün sonra Xorvatiya ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub. (report)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu