5 dekabr 2025. Cümə

Millinin oyunu makedoniyalılara tapşırıldı


Millinin oyunu makedoniyalılara tapşırıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Slovakiya ilə evdə keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununa təyinatlar açıqlanıb.

Corner.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu Makedoniyadan olan briqadaya etibar edib.

Sentyabrın 6-da "Dalğa Arena"da baş tutacaq qarşılaşmanı Deyan Yakimovski idarə edəcək. Ona Nikola Karakolyev və Kuştrim Lika kömək edəcək. 4-cü hakim funksiyasını İqor Stoyçevski yerinə yetirəcək.

Qeyd edək ki, oyun saat 20:30-da başlayacaq. Millimi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteynə uduzub (0:1).







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu