5 dekabr 2025. Cümə

“Azərbaycana əliboş qayıtmaq istəmirik”


“Azərbaycana əliboş qayıtmaq istəmirik”

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində sabah Reykyavikdə İslandiya yığması ilə qarşılaşacaq.

90deqiqe.Az-ın məlumatına görə, futbolçular matç öncəsi jurnalistlərə açıqlama verərək hazır olduqlarını bildiriblər.

Milli komandamızın üzvü Rəhman Daşdəmirov deyib: “Oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz edib, zəif və güclü tərəflərini öyrənmişik. Azərbaycana əliboş qayıtmaq istəmirik”.

O, sabahkı oyunda müsbət nəticə əldə edəcəklərinə əmin olduğunu da vurğulayıb: “Buraya qələbə üçün gəlmişik. Hava şəraitinin bizə təsir edəcəyini düşünmürəm. Hazırda yalnız İslandiya ilə matç barədə fikirləşirik, digər rəqibləri isə daha sonra analiz edəcəyik. Məşqçilərin tapşırığını yerinə yetirsək, istədiyimiz nəticəni əldə edə bilərik”.

Qeyd edək ki, İslandiya – Azərbaycan oyunu sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu