- Milli komanda
- 19:00 02.12.2025
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bildirib ki, ilk hissədə komanda yaxşı müdafiə olunsa da, künc zərbəsindən qol buraxıblar:
"İlk hissə yaxşı müdafiə oluna bildik. Müdafiədən oynayaraq əks hücumlara ümid edirdik. İlk hissənin sonunda künc zərbəsindən qol buraxdıq. Fasilədə onlara sakit olmalarını tapşırdım. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi."
Santuş həmçinin müqaviləsinin davam etdiyini vurğulayıb:
"Mənim Azərbaycan millisi ilə müqaviləm davam edir. Axı nəyə görə istefa verməliyəm? AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik."
Qeyd edək ki, İslandiya - Azərbaycan oyunu 5:0 hesabı ilə ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.