5 dekabr 2025. Cümə

Azərbaycan millisi Sloveniyada ardıcıl ikinci qələbəsini qazanıb


Azərbaycan millisi Sloveniyada ardıcıl ikinci qələbəsini qazanıb

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması "Slovenia Nations Cup" yoldaşlıq turnirində keçirdiyi ikinci oyunda da qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer Adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.

"Çatez" stadionunda keçirilən görüş U-19-un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Rauf Qafarov (21-ci dəqiqədə) və Eltun Babazadə (57-ci dəqiqə, penalti) vurublar.

Qeyd edək ki, milli turnirdəki ilk matçında İslandiya seçməsi də eyni hesabla üstələmişdi. U-19 növbəti matçını sentyabrın 9-da Polşa komandasına qarşı keçirəcək.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu