5 dekabr 2025. Cümə

Azərbaycan – Ukrayna oyununa yunan hakimlər təyinat aldı


Azərbaycan – Ukrayna oyununa yunan hakimlər təyinat aldı

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Ukrayna görüşünün hakimləri müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, matç Yunanıstandan olan ədalət təmsilçilərinə həvalə olunub. Qarşılaşmanı FIFA referisi Vassilis Fotias idarə edəcək. Ona yan xətt hakimləri Andreas Meintanas və Mixail Papadakis kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru icra edəcək.

VAR sisteminə Angelos Evangelu, AVAR-a isə Yoannis Papadopulos təyin olunublar.

Xatırladaq ki, Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu