5 dekabr 2025. Cümə

“Əsas məqsədimiz komandanı psixoloji durumdan çıxarmaqdır”


“Əsas məqsədimiz komandanı psixoloji durumdan çıxarmaqdır”

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Ukrayna yığmasına qarşı keçiriləcək oyundan öncə Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis komandanın qarşıdakı oyuna ciddi şəkildə hazırlaşdığını bildirib:

“Oyuna yaxşı hazırlaşmışıq. Əsas məqsədimiz komandanı düşdüyü psixoloji vəziyyətdən çıxarmaqdır.”

Rəşad Eyyubov yığmanın potensialına da toxunub:
“Komandamız keyfiyyətli oyunçulardan ibarətdir. Bunu sabah meydanda göstərmək istəyirik. Qarşımıza yaxşı nəticə qazanmaq məqsədi qoymuşuq və bu niyyətlə meydana çıxacağıq.”

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və oyunun start fiti saat 20:00-da səslənəcək.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu