29 iyun 2026. Bazar ertəsi

Emin Mahmudovdan 21 illik tarixi rekord


Emin Mahmudovdan 21 illik tarixi rekord

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə keçirilən oyunda qol vuraraq tarixi rekorda imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdıraraq Azərbaycan millisinin ən məhsuldar futbolçusu olub və sabiq hücumçu Qurban Qurbanovun 21 illik rekordunu yeniləyib.

Qurbanov 1992–2005-ci illər ərzində millinin heyətində 68 oyunda 14 qol vurmuşdu və sonuncu dəfə 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) fərqlənmişdi. Emin Mahmudov isə 2016-cı ildən Azərbaycan millisində çıxış etdiyi 56-cı matçında 15-ci qoluna imza atıb.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi